COP29

42 ildən sonrakı qayıdış kimə düşərli olacaq? – MARAQLI FAKT

24 Mart 2023 22:20 Milli komanda 570
42 ildən sonrakı qayıdış kimə düşərli olacaq? – MARAQLI FAKT

Azərbaycan millisi AÇ-2024-nün seçmə mərhələsində mübarizəyə başlayır.

Ölkəmizin bir nömrəli futbol komandası bu axşam səfərdə Avstriya seçməsinin qonağı olacaq.

Oyunun Şimali Avstriyanın paytaxtı hesab olunan Linz şəhərində keçirilməsi bizimkilər üçün sevindirici hal sayılmalıdır.

Avstriya mətbuatında dərc olunan yazıda yerli milli komandanın Linz şəhərində sonuncu ev qələbəsini 1981-ci ildə qazandığı qeyd olunub. 42 il əvvəl baş tutan qarşılaşmada meydan sahibləri Finlandiya seçməsini 5:1 hesabı ilə udub.

Avstriya yığması o vaxtdan sonra heç vaxt Linzə səfər etməyib.

Maraq üçün bildirək ki, inşası 2023-cü ilin fevralında başa çatan “Raiffeisen Arena” beynəlxalq oyunlar üçün 17117 nəfər azarkeş tutumuna malikdir. Avstriya Bundesliqasında çıxış edən LASK rəqiblərini məhz bu stadionda keçirir. Yeri gəlmişkən, bu oyun sözügedən arenada ilk beynəlxalq qarşılaşma kimi tarixə düşəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!