Milli futbolçularının bilməli olduğu FAKT

24 Mart 17:40 Milli komanda 400
Milli futbolçularının bilməli olduğu FAKT

Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Canni de Byazinin yetirmələrinin rəqibi qrupun favoritlərindən olan Avstriya seçməsidir.

Bizimkilərin səfərdə Motsartın həmvətənlərinə qarşı necə çıxış edəcəyindən, daha doğrusu, oyuna psixoloji cəhətdən nə dərəcədə hazır olacağından çox şey asılıdır.

Əslində, xal götürülməsi mümkün rəqibdir. Son 5 matçda məğlubiyyətin nə olduğunu bilməyən “ay-ulduzlular”ımız öz gücünə inanmaqla istəyinə çata bilər.

Buna əmin olmaq üçün əldə əsas var.

Avstriya yığması 2022-ci ildə doğma azarkeşləri önündə 5 oyun keçirib ki, bunların yalnız 1-də qələbə sevinci yaşayıb. 2 dəfə heç-heçə oynayıb, digər 2 halda yenilgiyə üzülüb.

29.03.2022 YO Avstriya Şotlandiya 2:2

07.06.2022 ML Avstriya – Danimarka 1:2

10.06.2022 ML Avstriya – Fransa 1:1

25.09.2022 ML Avstriya – Xorvatiya 1:3

20.11.2022 YO Avstriya – İtaliya 2:1

Düzdür, avstriyalıların qarşılaşdığı rəqiblərin hər biri adlı-sanlıdır. Aralarında son dünya çempionatlarının mükafatçıları da var. Vacib olan məqam qapının toxunulmazlığını qorumaqdır. Avstriya seçməsi doğma meydanda oynadığı görüşlərdə bütün rəqiblərin qapısına yol tapmağı bacarıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti