.jpg)
Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində mübarizəyə start verəcək.
Canni De Byazinin çalışdırdığı kollektiv 2023-cü ildəki ilk sınağına Avstriyada çıxacaq.
Yığma Linz şəhərində yerli komandanın qonağı olacaq. F qrupunda yer alan millimizi bu gecə böyük miqdarda mükafat gözləyir.
Futbolçularımız sensasiyaya imza atıb səfərdən 3 xalla qayıtsa, 30 min manatadək gəlir əldə edə bilərlər, Heç-heçə 15 min manat qazandıracaq.
Zənn etməyin ki, bu məbləğin hamısı SOCAR-ın hesabından çıxacaq.
AFFA prezidenti Rövnəq Abdullayev də bundan sonra milliyə öz şəxsi büdcəsindən də vəsait ayıracaq. Neft şirkətinin sabiq rəhbəri indən belə ölkənin əsas komandasının “yük”ünü birgə çəkəcək.
SPORTİNFO.AZ