COP29

“Mançester Yunayted”in futbolçusu millimizdən danışdı

24 Mart 2023 14:20 Milli komanda 499
“Mançester Yunayted”in futbolçusu millimizdən danışdı

Avstriya yığmasının yarımmüdafiəçisi Marsel Zabitser AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, komandanı yığmamızla oyuna kapitan kimi çıxaracaq “Mançester Yunayted”in futbolçusu bunları söyləyib:

“Məqsədimiz aydındır – başlanğıcda qələbə qazanmalıyıq. Rəqiblərimizi yaxşı analiz etmişik.

Onların həm güclü, həm də zəif tərəflərini bilirik. Biz mütləq AÇ-2024-də olmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik.

Azərbaycan yığması kimi guya kiçik rəqibə qarşı indi konsentrasiyalı performans tələb olunur.

Kiçik komandalar da gücləniblər. İnanıram ki, detallar fərq yaradacaq. Bu oyunda mütləq qələbə qazanmaq istəyirik”.

Bu gün Linzdəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"