"Azərbaycanla matçda ehtiyac yaransa, İbrahimoviç meydana çıxacaq"

24 Mart 12:40 Milli komanda 219
"Azərbaycanla matçda ehtiyac yaransa, İbrahimoviç meydana çıxacaq"

İsveç millisinin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan ilə oyun üçün çağırılan "Milan"ın hücumçusu Zlatan İbrahimoviçi ehtiyat oyunçu hesab edir.

Sportinfo.az xəbər verir ki, yığmanın çalışdırıcısı məsələ haqda bu cür danışıb:

"42 yaşlı hücumçunu əsas oyunçu kimi görmürəm. Amma “Milan”da olduğu kimi, millidə də Belçika və Azərbaycanla görüşdə ehtiyac yaransa, İbrahimoviç əvəzetmədən meydana çıxacaq".

İsveç - Azərbaycan matçı martın 27-də Solna şəhərindəki "Friends Arena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti