"Əsas məsələ buna imkan verməməkdir" – Emin Mahmudov

24 Mart 02:10 Milli komanda 341
"Əsas məsələ buna imkan verməməkdir" – Emin Mahmudov

Azərbaycan komandasının yarımmüdafiəçisi Emin Mahmudov AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, kapitan bunları söyləyib:

“Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik.

Son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır.

Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.

Linzdəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti