İtalyan azərbaycanlı futbolçuları harada görür? - "Mənim istədiklərimi edirlər"

24 Mart 01:20 Milli komanda 450
İtalyan azərbaycanlı futbolçuları harada görür? - "Mənim istədiklərimi edirlər"

Azərbaycan milli komandası sabah Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriyanın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki,yığmamızın baş məşqçisi Canni De Byazi sualları cavablandırıb:

- Avstriya millisinin heyətində David Alaba və Marko Arnautoviç oynamayacaq. Bunun matça təsiri necə olacaq?

- Avstriya yaxşı təşkilatlanmış komandadır. Son matçlarda yaxşı nəticə göstəriblər. Xüsusən də İtaliyaya qarşı. İkisi də vacib oyunçulardır. Amma Avstriyanın onlardan başqa da yaxşı futbolçuları var.

- Bədavi Hüseynovla Mahir Emrelinin yoxluğunun təsiri necə olacaq?

- Bu cür oyunlarda hamı hazır olmalıdır. Bizim B planımız var. Mahir Emreli bizimlə bir gün məşq etdi. Onun fiziki problemləri oldu. 10-15 gün məşq edə bilməyəcək. Qapıçımız Şahruddin Məhəmmədəliyev də zədəlidir. Onun yoxluğu bizim üçün ciddi itkidir. Sabah əsas heyətdə gənc qapıçı ola bilər.

- Rəqib baş məşqçi bildirdi ki, Azərbaycan topla oynamağı yaxşı bacaran komandadır. Millimiz son matçlarda göstərdiyi oyunu sabah da göstərə biləcək?

- Meydanda maksimumumuzu etməyə çalışacağıq. Rəqibin keyfiyyətli, güclü futbolçuları var. Ən əsası özünəinamdır. Son oyunlarda olduğu kimi davam edib, yaxşı nəticə qazanmaq istəyirik.

- Qrupu necə dəyərləndirirsiz?

- Belçika qrupun ən güclü komandasıdır. İkinci, üçüncü isə Avstriya ilə İsveçdir. Biz dördüncü hesab olunuruq. Amma hələ heç nə bilmək olmaz. Biz sabah qəlib gələ də bilərik.

- Sabahkı oyun üçün hansı planınız var?

- Yaxşı komandamız var. Uzun müddətdir futbolçular bir yerdə oynayırlar, bir-birilərini başa düşürlər və mənim istədiklərimi edirlər. Əslində futbol asan oyundur, sadə oynamaq lazımdır. Qeyri-adi heç nə yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti