Emin Mahmudov: "Çalışacağıq onlara imkan verməyək ki…"

23 Mart 21:10 Milli komanda 545
Emin Mahmudov: "Çalışacağıq onlara imkan verməyək ki…"

“Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

Kapitan komandanın matça hazır olduğunu söyləyib:

“Rəqibin hansı mövqelərdə daha üstün olduğunu təhlil etmişik. Biz də son matçlarda qələbə qazanmışıq.

Komandada əhvali-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Biz onlara öz oyunlarını göstərmək imkanı verməməyə çalışacağıq”.

Martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti