COP29

Avstriyanın kapitanı millimizi "kiçik komanda" adlandırdı

23 Mart 2023 20:20 Milli komanda 765
Avstriyanın kapitanı millimizi "kiçik komanda" adlandırdı

“Azərbaycanla oyunda detallar həlledici olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Marsel Sabitzer Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

29 yaşlı kapitan hədəflərinin qələbə qazanmaq olduğunu söyləyib:

“Kiçik yığmalar artıq inkişaf ediblər. Aydın məsələdir ki, məqsəd qələbə qazanmaqdır.

Rəqiblərimizi yaxşı analiz etmişik, onların güclü və zəif tərəflərini bilirik. Mütləq şəkildə Avropa çempionatında olmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik”.

Martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"