”Azərbaycanı məğlub etməyimizi gözləyirlər, əminəm, bunu edə bilərik”

23 Mart 2023 19:00 Milli komanda 340
”Azərbaycanı məğlub etməyimizi gözləyirlər, əminəm, bunu edə bilərik”

“Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağımızı bilirik”.

Sportinfo.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis həm Azərbaycan, həm də Estoniya ilə görüşün favoriti olduqlarını söyləyib:

“İlk dəfə qarşıda favorit olduğumuz iki oyun var. Andorra ilə matç istisnadır. Azərbaycan millisi son beş oyunda qələbə qazanıb.

Ancaq azarkeşlər onları məğlub etməyimizi gözləyirlər. Bu mənada növbəti addımı atmalıyıq. Əminəm ki, bunu edə bilərik”.

Ranqnik kapitan David Alabanın Azərbaycanla martın 24-dəki qarşılaşmada iştirak etməyəcəyini sözlərinə əlavə edib.

O, həmin görüşdə kapitanlıq sarğısını yarımmüdafiəçi Marsel Sabitzerin taxacağını vurğulayıb. Baş məşqçi qapı xəttində isə Haynts Lindnerin dayanacağını deyib.

Martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!