Makedonlarla oyunları idarə edəcəklər - YERLİLƏR

23 Mart 2023 14:20 Milli komanda 282
Makedonlarla oyunları idarə edəcəklər - YERLİLƏR

Sportinfo.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər.

Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar.

Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif Abdullayev və Rasim Axundov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək.

Bundan üç gün sonra komandaların ikinci duelində Əli Əliyev fit çalacaq. Orxan İbişovla Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim olacaq.

Hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti