COP29

De Byazi dünəni unutdu, bəs sabah? - QALMAQALLI VİDEO

23 Mart 2023 21:20 Milli komanda 829
De Byazi dünəni unutdu, bəs sabah? - QALMAQALLI VİDEO

Azərbaycan milli komandası iki vacib oyun ərəfəsindədir.

Komandamız AÇ- 2024-ün seçmə mərhələsi çərçivəsində sabah Avstriya millisinin, 4 gün sonra isə İsveç yığmasının qonağı olacaq.

Baş məşqçi Canni De Byazi bu iki rəsmi oyun üçün heyətə 27 futbolçu çağırmağı məqsədə uyğun bilib.

Onların arasında bir ad “xüsusi” diqqət çəkir.

Söhbət “Sabah”ın cinah müdafiəçisi Tellur Mütəllimovdan gedir.

27 yaşlı futbolçu 2017-ci ildə əsas millidə debüt edib.

Qətər yığması ilə oyuna təsadüf (2:1) edən debüt matçında Robert Prosineçki Tellura 68 dəqiqə oynamaq imkanı yaradıb.

Sonrakı 3 ildə millinin qapıları üzünə bağlanan futbolçu bir da De Byazinin gəlişindən sonra yada düşməyə başladı.

Ümumilikdə aktivinda olan 7 rəsmi oyundan 6-sı italiyalı mütəxəssisin dönəminə təsadüf edir.

Və bu matçlarda onun ən yadda qalan hərəkəti Lüksemburqla oyunda baş verib.

Doğma meydanda baş tutan qarşılaşmanın start heyətində başlayan arxa xətt oyunçusu cəmi 21 dəqiqə sonra meydandan qovulub.

Səbəb futbol meydanını karate zalı ilə səhv salması olub.

Rəqib futbolçuya ciddi xətər yetirə biləcək müdaxiləsi günlərlə sosial şəbəkələrdə məsxərəyə qoyulmuşdu. Ehtimal etmək olar ki, millidəki yoldaşları indi də onu görəndə həmin epizod yadlarına düşür.

Hətta əksəriyyət “belə birini də milli komandayamı çağırallar?” Sualı ilə baş-başa qalmışdı.

Görünür, De Byazi dünəni tez unudan adamdır. Hər halda təxmin 16 ay sonra yenidən belə birinə milli qapıların açmağın başqa izahı yoxdur. Ümid edək ki, onun bu addımı milli üçün faydalı olar. Elə Tellurun atacağı ADDIMLAR DA...

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"