Öncə Ralf, sonra De Byazi

23 Mart 2023 02:00 Milli komanda 4 459
Öncə Ralf, sonra De Byazi

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də, Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, öncə Avstriya millisinin baş məşqçisi, daha sonra Canni De Byazi mətbuat önünə çıxacaq.

23 mart

Avstriya milli komandası

14:45. Mətbuat konfransı

15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

17:30. Mətbuat konfransı

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti