
AFFA U-18 yığmasına baş məşqçi təyin etdiyi Elxan Abdullayevə başqa bir iş də tapşırıb.
O, əsas millinin məşqçilər korpusunda yer alıb.
Canni De Byazi federasiyanın son seçiminə qarışmayıb. Daha doğrusu, onunla bərabər çalışmağa etiraz etməyib.
Ölkənin bir nömrəli komandası Abdullayevə yaxşı tanışdır. Hələ Berti Foqtsun vaxtında bura dəvət alıb.
Daha sonra Robert Prosineçki və Nikola Yurçeviçin korpusunda yer alıb.
SPORTİNFO.AZ