Məşhur "Kicker" nəşri millimizi sevindirəcək FAKTI ÜZƏ ÇIXARDI

22 Mart 2023 13:20 Milli komanda 505
Məşhur "Kicker" nəşri millimizi sevindirəcək FAKTI ÜZƏ ÇIXARDI

Almaniya mətbuatı AVRO-2024-ün F qrupunun Azərbaycan yığmasına qarşı keçiriləcək açılış oyunu ərəfəsində Avstriya millisinin xoşagəlməz statistikasını təqdim edib.

Sportinfo.az xəbər verir ki, "Kicker" nəşri Avstriyanın martın 24-də Azərbaycanla görüşün keçiriləcəyi Lintslə şəhəri ilə bağlı xatirələrinin yaxşı olmadığını yazıb.

Belə ki, almaniyalı həmkarlarımız avstriyalıların adıçəkilən şəhərdə 40 ilə yaxındır qalib gələ bilməməsini qeyd edib.

Avstriya millisi sonuncu dəfə 1981-ci ildə Lintsdə məhz Finlandiyanı məğlubiyyətə uğrada bilib.

Bundan sonra isə millimizin rəqibi həmin şəhərdə qələbə qazanmağı bacarmayıb. Statistika isə aşağıdakı kimidir:

Avstriya - Yuqoslaviya - 0:3 (1985)

Avstriya - Macarıstan - 0:0 (1988)

Avstriya - Portuqaliya - 1:1 (1992)

Avstriya - Macarıstan - 1:1 (1994)

Avstriya - Sloveniya - 0:2 (1997)

Avstriya - Fil Dişi Sahili - 0:3 (2012)

Avstriya - Azərbaycan oyunu martın 24-də Lintsdəki "Rayffaysen Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!