Azərbaycanla oyunda 42 illik uğursuzluğa son qoymaq istəyirlər

22 Mart 2023 02:10 Milli komanda 816
Azərbaycanla oyunda 42 illik uğursuzluğa son qoymaq istəyirlər

Avstriya millisi evdə Azərbaycan yığmasına qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyununda 42 illik uğursuzluğa son qoymaq istəyir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Ralf Ranqnikin baş məşqçi olduğu kollektiv matçın oynanılacağı Lints şəhərində 1981-ci ildən bu yana qələbə qazana bilmir.

Komanda bu şəhərdə sonuncu qalibiyyətini Finlandiya seçməsi ilə qarşılaşmada əldə edib. İyunda keçirilmiş görüşdə meydan sahibləri rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

Avstriya - Azərbaycan oyunu martın 27-də "Raiffeisen Arena"da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış