AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasında David Alabanın durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu komanda ilə birlikdə məşqlərə başlayıb.
Zədə səbəbindən “Real"ın son 6 oyununu buraxan və bir aydır fiziki formasını bərpa etməyə çalışan müdafiəçinin Azərbaycan seçməsi ilə görüşdə meydana çıxması gözlənilir.
Alabadan fərqli olaraq, Aleksander Şlaqer, Marko Arnautoviç, Matias Honsak və Filipp Lienhart heyətdən çıxarılıblar.
Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linzdəki “Raiffeisen Arena”da qəbul edəcək.

