İsveçin baş məşqçisi millimizə "asan yem" gözüylə baxır

21 Mart 2023 22:20 Milli komanda 752
İsveçin baş məşqçisi millimizə "asan yem" gözüylə baxır

“Belçika və Azərbaycan yığmaları önündə uğurlu seriyanı davam etdirmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində keçirəcəkləri ilk iki görüş barədə fikirlərini bildirərkən deyib.

Avropa və dünya çempionatlarının seçmə mərhələlərindəki son 16 ev matçında məğlub olmadıqlarını (13 qələbə, 3 heç-heçə) xatırladan 61 yaşlı mütəxəssis azarkeşlərin dəstəyi ilə bunun davamını gətirmək arzusunda olduqlarını bildirib:

“Son illər evdə çox yaxşı oynayırıq. Azarkeşlərin dəstəyi və alqış sədaları futbolçulara müsbət təsir edir.

Onlarla birlikdə yenə yaxşı işlər görmək istəyirik. Belçika və Azərbaycanla matçların da eyni şəkildə tamamlanmasına çalışacağıq.

Həmin rəqiblərə, xüsusən də, Belçikaya qalib gəlmək istəyiriksə, bunu İsveçin oyun tərzi ilə etməliyik”.

İsveç martın 24-də Belçika, 27-də isə Azərbaycan millisini Solnadakı “Frends Arena”da qəbul edəcək.

Skandinaviya komandası dünya və Avropa çempionatlarının seçmə mərhələsində son ev məğlubiyyətini 2015-ci ilin sentyabrında – AVRO-2016-nın seçmə raundunda Avstriya (1:4) ilə görüşdə alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti