Yığmamızın Avstriya ilə oyunu polyaklara TAPŞIRILDI

21 Mart 2023 16:20 Milli komanda 555
Yığmamızın Avstriya ilə oyunu polyaklara TAPŞIRILDI

AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milliləri arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA F qrupunun ilk matçına Polşadan olan hakimlər briqadasını təyin edib.

Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək.

Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə ehtiyat hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

“Raiffeisen Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti