"Tottenhem"in futbolçusu millimizlə oyunu buraxacaq?

21 Mart 2023 09:00 Milli komanda 715
"Tottenhem"in futbolçusu millimizlə oyunu buraxacaq?

İsveç millisinin futbolçusu Deyan Kulusevski Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunlarını buraxa bilər.

Sportinfo.az xəbər verir ki, "Tottenhem"də çıxış edən 23 yaşlı yarımmüdafiəçi səfərdə "Sauthempton"la 3:3 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqasının XXVIII tur matçında zədələnib.

Görüşün başa çatmasına 10 dəqiqə qalmış ombasından xəsarət alan gənc futbolçu oyunu davam etdirə bilməyib.

Kulusevskinin hansı müddətə sıradan çıxdığı bəlli deyil.

İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti