"Onların qarşısında aciz qalmayacağıq, istənilən komandanı məğlub edə bilərik"

20 Mart 2023 23:00 Milli komanda 451
"Onların qarşısında aciz qalmayacağıq, istənilən komandanı məğlub edə bilərik"

"Əvvəlcə Belçikaya, ardınca isə Azərbaycana qarşı oynayacağıq.

Hər iki görüş inanılmaz dərəcədə çətin keçəcək".

Sportinfo.az xəbər verir ki, bunu İsveç millisinin və Almaniya "Leyptsiq"inin futbolçusu Emil Forsberq Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunları barədə danışarkən deyib.

32 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, "qırmızı şeytanlar"la oynamaq əyləncəli olacaq:

"Belçika dünya səviyyəli komandadır. Amma onların qarşısında aciz qalmayacağıq.

Əla formada olan çoxlu futbolçumuz var. Öz oyunumuzu göstərsək, istənilən komandanı məğlub edə bilərik".

İsveç martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi