COP29

Mahir Emrelidən gələn acı xəbər hər kəsi dilxor etdi - KƏNARLAŞDIRILDI!

20 Mart 2023 00:30 Milli komanda 4 965
Mahir Emrelidən gələn acı xəbər hər kəsi dilxor etdi - KƏNARLAŞDIRILDI!

Mahir Emreli millinin toplanışında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Türkiyə Super Liqasında çıxış edən “Konyaspor”un hücumçusu zədə səbəbindən yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. O, ölkə çempionatının XXVI turunda “Qalatasaray”la (2:1) matçda zədələnib.

Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq. Hər iki qarşılaşma səfərdə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!