“Azərbaycana qarşı iki vacib oyunumuz var" - Albaniyalı baş məşqçi

18 Mart 2023 20:20 Milli komanda 427
“Azərbaycana qarşı iki vacib oyunumuz var" - Albaniyalı baş məşqçi

"Həm Azərbaycana, həm də Polşaya qarşı iki vacib oyunumuz var".

Sportinfo.az xəbər verir ki, bunu Albaniyanın U-21 millisinin baş məşqçisi Alban Buşi yoldaşlıq matçları ilə bağlı mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Azərbaycan və Polşanın rəsmi matçlarda üz-üzə gələcəkləri rəqiblərə bənzədiyini bildirib:

"Düşünürəm ki, bu iki görüşün bizə çox köməyi dəyəcək. Xoşbəxtlikdən zədəli futbolçularımız yoxdur.

Ümid edirəm ki, mövsümün sonunadək onlardan 90 faizi hazır olacaq. Hazırda bizdə olan 2002-2003 təvəllüdlü oyunçulara çox inanıram.

Heyətdə 2004-cü il təvəllüdlülər də var. Çünki növbəti mövsümləri də düşünürük. Onlar gələcəkdə əsas yığmada iştirak edəcəklər".

Albaniyalı baş məşqçi yoldaşlıq qarşılaşmalarının komanda və futbolçular üçün faydalı olduğunu vurğulayıb.

Azərbaycanın U-21 millisi martın 20-dən 27-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə yoldaşlıq matçı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi