"Dinamo"nun futbolçusu Azərbaycan yığmasına gəldi

18 Mart 2023 09:00 Milli komanda 1 466
"Dinamo"nun futbolçusu Azərbaycan yığmasına gəldi

Sportinfo.az xəbər verir ki, martın 24-də və 27-də Şimali Makedoniya yığması ilə qarşılaşacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Bu məqsədlə martın 20-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçirəcək millimizin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Xəyal Fərzullayev – MOİK
Sadiq Məmmədzadə – "Səbail"
Osman Hüseynov – "Riqa" (Latviya)
Raul Hacıyev – "Rustavi" (Gürcüstan)
Murad Musayev – "Qəbələ"
Samir Ağayev – "Qəbələ"
Aslan Şirinov – "Neftçi"
Eşqin Əhmədov – "Qəbələ"
Tuncay Cəfərli – "Sabah"
Musa Məmmədov – "Qarabağ"
Əkbər Eyubov – "Səbail"
Şahin Şahniyarov – "Qəbələ"
Edqar Adilxanov – "Şamaxı"
Murad Ələkbərov – "Zirə"
Fəxri Məmmədli – "Sabah"
Nihad Cabbarov – "Sabah"
Elton Mikayılov – "Qarabağ"
Nihad Əhmədzadə – "Sumqayıt"
Murad Məmmədov – "Neftçi"
Nahid Əliyev – "Dinamo" (Sankt-Peterburq, Rusiya)
Nihad Mehrəliyev – "Qarabağ"
Sənan Ağalarov – "Qəbələ"
Sadiq Şəfiyev – "Turan Tovuz"

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!