De Byazi Avro-2024 üçün milliyə kimləri çağırdı? - SİYAHI

17 Mart 2023 18:50 Milli komanda 2 285
De Byazi Avro-2024 üçün milliyə kimləri çağırdı? - SİYAHI

Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi aşağıdakı 27 futbolçuya dəvət göndərib.

Səlahət Ağayev ("Qəbələ"), Emil Balayev ("Səbail"), Yusif İmanov, Tellur Mütəllimov, Ceyhun Nuriyev,Bəxtiyar Həsənəlizadə, Elvin Camalov, Aleksey İsayev, Namik Ələsgərov (hamısı "Sabah"), Azər Əliyev, Höccət Haqverdi, Azər Salahlı, Eddi İsrafilov, Emin Mahmudov (hamısı "Neftçi"), Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev, Musa Qurbanlı (hamısı "Qarabağ"), Cəlal Hüseynov ("Şamaxı"), Anton Krivotsyuk ("Tecon Xana", Cənubi Koreya), Ozan Can Kökçü ("Eyndhoven", Niderland), Renat Dadaşov ("Qrasshopper", İsveçrə), Rüstəm Əhmədzadə ("Zirə"), Mahir Emreli ("Konyaspor", Türkiyə)

Azərbaycan martın 24-də Avstriya, 27-də isə İsveç ilə səfərdə qarşılaşacaq. Komandamız bu matçlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti