
Avstriyalı qapıçı Niklas Hedlin yığmadakı gələcək taleyi AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyundan asılı olacaq.
Sportinfo.az xəbər verir ki, bunu baş məşqçi Ralf Ranqnik açıqlayıb.
Almaniyalı mütəxəssis bildirib ki, qarşıdakı matçlar üçün dəvət edilən hər üç qapıçının səviyyəsi bir-birinə yaxındır.
O, seçmə mərhələnin ilk görüşündə 22 yaşlı Hedlə şans verəcəyini vurğulayıb:
“Yarış indi başlayır. Əgər Azərbaycana qalib gəlsək və Hedl uğurlu çıxış etsə, onun ikinci görüşdə də qapıda dayanmasına heç nə mane ola bilməz”.
Avstriya – Azərbaycan oyunu martın 24-də Linz şəhərində keçiriləcək.