“Azərbaycan yığması bizdən geridə olmasa, Avropa çempionatına gedə bilmərik”

16 Mart 2023 13:40 Milli komanda 373
“Azərbaycan yığması bizdən geridə olmasa, Avropa çempionatına gedə bilmərik”

“Azərbaycan və Estoniya bizdən geridə olmasalar, Avropa çempionatına gedə bilmərik”.

Sportinfo.az xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə qrup mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

61 yaşlı mütəxəssis final mərhələsinə yollanmaq istədiklərini bildirib. O, Belçika və Avstriya millilərini özlərinə əsas rəqib kimi göstərib:

“Bu uğuru səkkiz oyun seriyasında əldə etməliyik. Ya Avstriya, ya da Belçikanı geridə qoymalıyıq.

Final mərhələsinə getmək istəyirik. Əsas sual bunu necə bacaracağımızdır. Hücumda və müdafiədə necə oynamaq lazım olduğunu bilməliyik”.

İsveç yığması martın 24-də Belçika, bundan üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti