İbrahimoviç Azərbaycanla oyun üçün açıqlanan siyahıda

16 Mart 2023 01:00 Milli komanda 373
İbrahimoviç Azərbaycanla oyun üçün açıqlanan siyahıda

AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərini qəbul edəcək İsveç yığmasının heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Yanne Andersson 26 futbolçuya dəvət göndərib.

Siyahıda İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviç də yer alıb.

Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, ("Aston Villa", İngiltərə), Viktor Yohansson ("Roterham Yunayted", İngiltərə)

Müdafiəçilər: Emil Holm ("Spetsiya", İtaliya), Ludvig Auqustinsson ("Malyorka", İspaniya), Hyalmar Ekdal ("Bernli", İngiltərə), Viktor Nilsson Lindelöf ("Mançester Yunayted", İngiltərə), İsak Hein ("Verona", İtaliya), Joel Andersson ("Midtüllan", Danimarka), Qabriel Qudmundsson ("Lill", Fransa) Edvin Kurtuluş ("Hammarbü"), Karl Starferlt ("Seltik", Şotlandiya)

Yarımmüdafiəçilər: Yesper Karlsson (AZ, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtüllan”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa)

Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-Ettifaq”, Səudiyyə Ərəbistanı), Anthoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə)

İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti