
Bu gün I Divizionda XXI tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, lider "Araz Naxçıvan" doğma meydanda "Zirə-2"ni qəbul edib.
Qarşılaşma Muxtar Respublika təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Ev sahiblərindən hesabı kot-d’İvuarlı hücumçu De Saboa İv Lüsyen açıb. Daha sonra Orxan Əliyev və Fərid Kərimzadə hərəyə bir dəfə fərqlənib.
Beləcə, xallarını 50-yə yüksəldən "Araz Naxçıvan" liderliyini davam etdirir. "Zirə-2" isə 19 xalla 13-cü yerdədir.
“Araz Naxçıvan” – “Zirə-2” 3:0
Qollar: De Saboa İv Lüsyen, 29; Orxan Əliyev, 60; Fərid Kərimzadə, 86)
N | Klublar | O | Q | H | M | T-F | X | |
1 | Araz Naxçıvan | 20 | 16 | 2 | 2 | 51-13 | 50 | |
2 | Neftçi-2 | 19 | 13 | 1 | 5 | 42-22 | 40 | |
3 | Qəbələ-2 | 20 | 11 | 4 | 5 | 39-22 | 37 | |
4 | Turan Tovuz-2 | 19 | 11 | 2 | 6 | 31-18 | 35 | |
5 | MOİK | 20 | 10 | 4 | 6 | 35-32 | 34 | |
6 | Kəpəz-2 | 20 | 10 | 3 | 7 | 32-25 | 33 | |
7 | Səbail-2 | 19 | 9 | 3 | 7 | 34-32 | 30 | |
8 | Zaqatala | 19 | 7 | 4 | 8 | 31-38 | 25 | |
9 | Şamaxı-2 | 19 | 7 | 3 | 9 | 24-35 | 24 | |
10 | Qaradağ Lökbatan | 20 | 7 | 3 | 10 | 21-20 | 24 | |
11 | Qarabağ-2 | 20 | 6 | 3 | 11 | 21-31 | 21 | |
12 | İmişli | 20 | 6 | 1 | 13 | 17-45 | 19 | |
13 | Zirə-2 | 19 | 5 | 4 | 10 | 19-30 | 19 | |
14 | Mingəçevir | 19 | 4 | 3 | 12 | 24-36 | 15 | |
15 | Sumqayıt-2 | 19 | 2 | 4 | 13 | 19-41 | 10 | |
BOMBARDİRLƏR: |