Azərbaycan ilə oyun üçün 16 ehtiyat futbolçu seçdilər - Avstriya yığmasında

15 Mart 2023 16:20 Milli komanda 924
Azərbaycan ilə oyun üçün 16 ehtiyat futbolçu seçdilər - Avstriya yığmasında

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçiriləcək oyuna Avstriya yığması üçün 16 ehtiyat futbolçu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linz şəhərində qəbul edəcək.

baş məşqçi Ralf Ranqnik mümkün zədə və başqa səbəbləri nəzərə alaraq, bu addımı atmaq qərarına gəlib.

Almaniyalı mütəxəssis 3 qapıçı, 7 müdafiəçi, 5 yarımmüdafiəçi və 1 hücumçunun hər an milliyə çağırılma ehtimalı ilə hazır olmasını istəyib.

Həmin oyunçular aşağıdakılardır:

Qapıçılar: Daniel Baçmann (“Uotford”, İngiltərə), Martin Fraysl (“Arminiya”, Almaniya), Patrik Pentz (“Bayer”, Almaniya)

Müdafiəçilər: Flavius Daniliuç (“Salernitana”, İtaliya), Marko Fridl (“Verder”, Almaniya), Kristof Klarer (“Fortuna”, Almaniya), Stefan Layner (“Borussiya”, Mönhenqladbax, Almaniya), Leopold Kverfeld (“Rapid”, Vyana), Kristofer Trimmel (“Union”, Berlin, Almaniya), Andreas Ulmer (“Zalsburq”)

Yarımmüdafiəçilər: Muhammed Çam (“Klermon”, Fransa), Florian Qrillitş (“Ayaks”, Niderland), Romano Şmid (“Verder”, Almaniya), Hannes Volf (“Borussiya”, Mönhenqladbax, Almaniya), Mattias Seydl (“Blau-Vays”)

Hücumçu: Oliver Strunz (“Rapid”, Vyana)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"