Tanınmış baş məşqçi Azərbaycan millisindən QORXUR?

15 Mart 2023 12:40 Milli komanda 701
Tanınmış baş məşqçi Azərbaycan millisindən QORXUR?

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Azərbaycan millisindən çəkinir.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında Canni De Byazinin rəhbərlik etdiyi komandaya qalib gəlməyin asan olmayacağını söyləyib.

65 yaşlı baş məşqçi bildirib ki, turnirə uğurlu başlamaq çox vacibdir:

"Azərbaycan və Estoniya çətin rəqiblərdir. Qələbə qazanmaq üçün meydanda ən yaxşı oyunumuzu göstərməliyik.

Xüsusilə Azərbaycanla matç üçün satışa çıxarılmış biletlər qısa zamanda satıldı. Əhval-ruhiyyəmiz yaxşıdır və hər iki qarşılaşmada qalib gələ biləcəyimizə əminik".

Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!