“Real”ın ulduzu Azərbaycan millisi ilə oyuna çağırıldı

15 Mart 2023 00:30 Milli komanda 859
“Real”ın ulduzu Azərbaycan millisi ilə oyuna çağırıldı

Avstriyanın AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millilərinə qarşı keçirəcəyi oyunun heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur. Mütəxəssis Almaniya Bundesliqasında çıxış edən 9 avstriyalı oyunçunu yığmaya çağırıb. Ümumiyyətlə, 25 futbolçudan yalnız 6-sı daxili birincilikdə çıxış edir.

Zədə səbəbindən iştirakı sual altında olan kapitan David Alaba, digər müdafiəçi Filipp Lienhart və hücumçu Marko Arnautoviç də heyətdə yer alıblar.

Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksander Şlager (LASK)

Müdafiəçilər: David Alaba (“Real Madrid”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə)

Yarımmüdafiəçilər: Conas Oyer (“Rapid”, Vyana), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya)

Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə)

Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"