Azərbaycan millisi 3 variantdan biridir - Kolumbiya üçün

13 Mart 2023 12:40 Milli komanda 534
Azərbaycan millisi 3 variantdan biridir - Kolumbiya üçün

Azərbaycan millisi Kolumbiya ilə yoldaşlıq görüşü keçirə bilər.

Sportinfo.az-ın Kolumbiya mətbuatına istinadən məlumatına görə, adıçəkilən ölkənin seçməsi iyunda iki sınaq matçı keçirməyi planlaşdırır.

Mümkün rəqiblər sırasında Canni De Byazinin kollektivi də var.

Baş məşqçi Nestor Lorenzo Kolumbiya Futbol Federasiyasına iyunda milli komandalar üçün açılacaq pəncərədə Avropadan iki rəqib tapmağı tapşırıb.

Hazırda cənubi amerikalıların seçim üçün üç variantı var - Polşa, Serbiya və Azərbaycan. Yerli federasiya tezliklə adıçəkilən milli assosiasiyalarla danışıqlara başlayacaq.

İyunun 12-20-si aralığı milli komandaların oyunlarına həsr olunacaq. Azərbaycan yığması iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsində Estoniya seçməsini qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı