Avstriyalı hücumçu gözünü Azərbaycanla oyuna dikib

9 Mart 2023 19:20 Milli komanda 358
Avstriyalı hücumçu gözünü Azərbaycanla oyuna dikib

“Azərbaycan və Estoniya üzərində qələbələr bizim üçün çox önəmlidir”.

Sportinfo.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç AVRO-2024-ün seçmə mərhələsində keçirəcəkləri ilk iki oyun barədə danışarkən deyib.

Almaniyada “Frayburq”un formasını geyinən 29 yaşlı hücumçu yenidən yığmaya çağırılacağını düşünür.

Qreqoriç hədəflərinin Almaniyadakı final mərhələsinə qatılmaq olduğunu bildirib

“Əlbəttə ki, məqsədimiz 2024-cü ildə Almaniyadakı qitə birinciliyində mübarizə aparmaqdır. Bunun üçün seçmə mərhələyə uğurlu start götürmək şərtdir.

Azərbaycanla qarşılaşmaya hazırlaşmaq üçün 4-5 gün vaxtımız olacaq. Bundan səmərəli yararlanmalıyıq”.

Avstriya mıartın 24-də Azərbaycan, üç gün sonra isə Estoniya millisini Lins şəhərində qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti