Milli komandalar yeni baş məşqçilərə tapşırıldı

7 Mart 2023 10:40 Milli komanda 980
Milli komandalar yeni baş məşqçilərə tapşırıldı

Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin adları məlum olub.

U-21-in Samir Əliyevə tapşırılması daha öncədən təsdiqlənmişdisə, digər yığmaları çalışdıracaq mütəxəssislərin kimliyi maraq doğurmya bilməz.

U-19 Aqil Nəbiyevin nəzarətinə verilib. Elxan Abdullayev bundan sonra U-18-də işləyəcək.

U-17 «Neftçi»nin sabiq sükançısı Füzuli Məmmədovun sərəncamına keçib. U-15 və U-16 komandaları İlham Yədullayevə əmanət edilib.

Həbib Ağayev isə gənc qızlardan ibarət milliyə gətirilib. AFFA onlarla birillik müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti