"Avropa çempionatının final mərhələsində iştirak etmək istəyirik, amma asan olmayacaq.
Çünki qrupda Avstriya, Belçika, İsveç, həmçinin Azərbaycan kimi güclü komandalar var".
Sportinfo.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Tomas Heberli AVRO-2024-ün seçmə mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.
49 yaşlı mütəxəssis tsiklə sürpriz etmək məqsədilə başlayacaqlarını bildirib:
"Əvvəlki illərlə müqayisədə daha yaxşı və sabit inkişaf yolu keçmişik. Əlbəttə, qrup oyunları cəhənnəm qədər çətin olacaq.
Lakin biz özümüzə, güclü tərəflərimizə inanırıq və oyundan-oyuna inkişaf edirik".
Azərbaycan və Estoniya arasında ilk oyun iyunun 17-də Bakıda, ikinci görüş isə oktyabrın 13-də Tallində gerçəkləşəcək.

