“Real”ın ulduzu Azərbaycana qarşı forma geyinəcək?

4 Mart 2023 13:40 Milli komanda 562
“Real”ın ulduzu Azərbaycana qarşı forma geyinəcək?

"Alabanın Azərbaycana qarşı oynaya biləcəyinə ümid edirik”

Sportinfo.az xəbər verir ki, Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniyaya qarşı keçirəcəkləri matçlardan öncə David Alabaya görə narahatdır.

Almaniyalı mütəxəssis "Real Madrid”in futbolçusunun sözügedən matçlarda iştirakına ümid etdiyini deyib:

"Davidin özü və "Real”ın tibb departamenti ilə daimi olaraq əlaqə saxlayırıq.

Onun Azərbaycan və Estoniyaya qarşı oynaya biləcəyinə ümid edirik. Ancaq indi dəqiq bir söz demək çətindir”.

64 yaşlı çalışdırıcı əvəzində hücumçu Marko Arnautoviçlə bağlı daha optimistdir. O, "Bolonya”da məşqlərə başlayan forvardın əvvəlki performansına qayıdacağı təqdirdə oynayacağını söyləyib.

Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti