"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent"in futbolçusu Uqo Kuypers Belçika millisinə çağırılacaq.
Sportinfo.az xəbər verir ki, yığmanın yeni baş məşqçisi Domeniko Tedesko 26 yaşlı hücumçunun çıxışını yaxından izləyir.
İtaliyalı mütəxəssisin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün təcrübəli forvarda dəvət göndərəcəyi gözlənilir.
Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə eyni qrupda yer alıb.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv "qırmızı şeytanlar"a qarşı ilk oyununu sentyabrın 9-da Bakıda, növbəti görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

