Azərbaycan millisinin oyunu üçün VIP satış

2 Mart 2023 00:50 Milli komanda 881
Azərbaycan millisinin oyunu üçün VIP satış

Avstriya Futbol İttifaqı AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ev oyunu üçün VIP biletləri satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, böyüklər üçün bir biletin qiyməti 474 avro təşkil edir. Uşaqlar üçün bilet almaq istəyən şəxslər isə 300 avro ödəməlidirlər.

Digər sektorlara bilet satışı isə hələ başlamayıb.

Azərbaycan seçmə mərhələdə ilk oyununu bu il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti