Azərbaycan millisinin hücumçuları hazır olsun - "Feyenoord"un müdafiəçisi…

27 Fevral 2023 12:40 Milli komanda 814
Azərbaycan millisinin hücumçuları hazır olsun - "Feyenoord"un müdafiəçisi…

Avstriya millisinin futbolçusu Gernot Trauner 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri ilk tur oyununda iştirak edə bilər.

Sportinfo.az xəbər verir ki, Niderland "Feyenoord"unda çıxış edən 30 yaşlı müdafiəçi zədəsini sağaldıb.

Ötən ay dizindən əməliyyat olunan arxa xətt oyunçusunun 2 ay oynamayacağı bildirilsə də, o, sıraya vaxtından əvvəl qayıdıb.

Təcrübəli futbolçu hətta "Feyenoord"un səfərdə "Fortuna Sittard"a 4:2 hesabı ilə qalib gəldiyi Erediviziya matçının 78-ci dəqiqəsində meydana çıxıb.

Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti