Millimizin üzvü yeni mövsümə qələbə ilə başladı

27 Fevral 2023 01:00 Milli komanda 668
Millimizin üzvü yeni mövsümə qələbə ilə başladı

Futbol üzrə Gürcüstan çempionatında yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Abdulla Xaybullayevin formasını geyindiyi "Samtrediaya" doğma meydanda "Telavi"ni qəbul edib.

Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Abdulla Xaybullayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə meydana daxil olub.

Abdulla Xaybullayev müqavilə ilə "Sabah"a məxsusdur. O, icarə əsasında Gürcüstan klubunda çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti