Millinin futbolçularoına tapşırıq: Verdiyimiz pulu heç kimə söyləməyin

5 Oktyabr 2022 11:40 Milli komanda 860
Millinin futbolçularoına tapşırıq: Verdiyimiz pulu heç kimə söyləməyin

AFFA millinin futbolçularına xəbərdarlıq edib.

Bildirilib ki, federasiya tərəfindən onlara ödənilən mükafat və qonorarın məbləğini mətbuat nümayəndələrinə açıqlamasınlar.

Rəsmilər qeyd edib ki, qurumun komandaya ayırdığı vəsaitin ümumi miqdarı bəzən daha çox göstərilir və bu kimi xəbərlər ictimaiyyətdə qıcıq doğurur.

UEFA Millətlər Liqasının C Divizionun 3-cü qrupunda çıxışını başa vuran Azərbaycan yığmasının futbolçularının qazancı bilinib. AFFA millinin üzvlərinə vəd etdiyi mükafatın ümumi məbləğini son anda azaldıb.

Belə ki, öncədən onlara qələbəyə görə 30-35 min manat sözü verilsə də, indi məlum olur ki, «ənam» 10 min manatadək aşağı çəkilib.

Odur ki, Slovakiya ilə səfər, Qazaxıstanla ev matçlarında əldə edilən qələbəyə görə komandanın oyunçularına üst-üstə 20 min manat ödəniləcək.

Görünür ki, buna səbəb millinin qrupda qalmasıdır. Canni De Byazinin başçılıq etdiyi kollektiv 10 xal toplayaraq, ikinci yeri tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti