AFFA daha bir millini əcnəbi baş məşqçidən “təmizləyir”

5 İyul 2022 15:00 Milli komanda 1 750
AFFA daha bir millini əcnəbi baş məşqçidən “təmizləyir”

AFFA 19 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Miloş Velebitlə yeni müqavilə imzalamayacaq.

Bu haqda Sportinfo.az-a federasiyadan məlumat daxil olub.

Redaksiyamız verilən xəbərə görə, 4 ilə yaxındır ölkəmizdə çalışan serbiyalının maliyyə şərtləri çox yüksəkdir.

AFFA sabiq icraçı vitse-prezindeti Elxan Məmmədovun yığma komandamıza urcah etdiyi balkanlı mütəxəssis qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çətinlik çəkir.

Üstəlik, U-19 onun rəhbərliyi altında qatıldığı rəsmi beynəlxalq turnirlərin heç birində müsbət nəticə əldə olunmayıb.

AFFA-nın buyaxınlarda Hakimlər Komitəsinin avstriyalı sədri Fritz Stuxlik və U-21 millisinin serbiyalı baş məşqçisi Milan Obradoviçlə müqavilənin müddətini uzatmadığını da diqqətə çatdıraq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!