COP29

AFFA onu millimizə dəvət edib? - Məşhur məşqçinin çevrəsindən "Sportinfo"ya deyildi ki…

9 May 13:00 Milli komanda 757
AFFA onu millimizə dəvət edib? - Məşhur məşqçinin çevrəsindən "Sportinfo"ya deyildi ki…

Azərbaycan millisinin baş məşqçisi postuna daha bir namizəd müəyyənləşib.

Bu barədə “Sky Sports”un əməkdaşı Florian Plettenberq məlumat yayıb.

İddiaya görə, AFFA Türkiyə millisinin sabiq çalışdırıcısı Ştefan Kuntsun xidmətində maraqlıdır.

Maraqlıdır ki, 62 yaşlı mütəxəssis yayda Tomas Tuxellə yollarını ayıracaq “Bavariya”da da namizədlərdən sayılır. Ancaq Kunts klubda işləmək fikrindən uzaqdır.

Yığmada işləmək arzusunda olan almaniyalı çalışdırıcının Azərbaycan və Kanada arasında seçim edəcəyi iddia olunub.

Stefan Kunts son olaraq 2021-2023-cü illərdə Türkiyə yığmasına rəhbərlik edib.

Ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən sükançı daha əvvəl Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb. O, 2017-ci ildə Almaniya U-21 millisinə Avropa çempionu adını qazandırıb.

Sportinfo.az bu söz-söhbətləri araşdırıb. Kuntsun yaxın çevrəsindən redaksiyamıza daxil olan məlumata görə, AFFA rəsmiləri onunoa təmas qurub.

Tərəflər arasında danışıqlar bir neçə həftə başlayıb. Güman ki, AFFA-nın yeni icraçı vitse-prezidenti Sərxan Hacıyev elə onunla görüşmək üçün yaxınlarda Avropaya səfər edib.

Alman məşqçi Azərbaycandan gələn təklifə soyuq yanaşmayıb. Həmyerlilərindən Berti Foqts və başqalarının illər əvvəl ölkəmizdə çalışmasından xəbəri olan mütəxəssis görüşmələrin davam etdirilməsinə razılıq verib.

O, sadəcə, tələsmək fikrində deyil. Yox ki, düşünmək üçün Kuntsa vaxt lazımdır. Səbəbkar digər təklifləri də incələmək niyyətindədir.

Eyni zamanda futbolumuzun/millimizin mövcud durumu haqda ətraflı informasiyalar toplamağı qarşısına məqsəd qoyub.

Digər Xəbərlər
Xəbər Lenti