
Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan ilə oyunlar üçün İsveç yığmasına çağırılıb.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Yanne Andersson 1 illik fasilədən sonra milliyə qaytardığı 42 yaşlı hücumçu haqda bunları söyləyib:
“Zlatan nə zaman sağlamdırsa, hətta meydana çıxmasa belə, öhdəlik və liderlik baxımından göstərdiyi təsirlə bizə çox şey verə bilər”.
İbrahimoviç milli karyerasında ilk rəsmi oyununu 2001-ci il oktyabrın 7-də Azərbaycana qarşı keçirib. İsveçin 3:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə ulduz ilk qolu vurub.
O, sonuncu dəfə 2022-ci il martın 29-da Polşaya (0:2) qarşı DÇ-2022-nin seçmə mərhələ görüşündə iştirak edib.
İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.