Millimiz Təmkinlə qazandı - Bosniyadan VİDEO+FOTOREPORTAJ

6 İyun 2024 01:20 Milli komanda 1 455
Millimiz Təmkinlə qazandı - Bosniyadan VİDEO+FOTOREPORTAJ

Bosniya və Herseqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsində maksimal nəticə göstərərək play-offa adlayani komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan olub.

Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1-1.

İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3-1 hesabı ilə məğlub ediblər.

1/4 finalda yığmamızın rəqibi Qazaxıstan olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO