Martın 12-də minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Bakıda təşkil olunacaq tədbirdən əvvəl komandaların yerləşəcəyi səbətlər bəlli olub.
Dünya çempionatında iştirak edən 32 komanda 4 səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.
Qüşkatma mərasiminin məkanı və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.


