Azərbaycanlı oyunçular “xoruzlar”ın “baş”ını bu cür əzdi - VİDEO+FOTOREPORTAJ

5 İyun 2024 01:20 Milli komanda 2 138
Azərbaycanlı oyunçular “xoruzlar”ın “baş”ını bu cür əzdi - VİDEO+FOTOREPORTAJ

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Fransa yığması ilə üz-üzə gələn Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb.

Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti