“Təyinat zamanı bir sıra məqamları nəzərə aldıq”

15 İyun 2024 02:40 Milli komanda 1 380
“Təyinat zamanı bir sıra məqamları nəzərə aldıq”

“AFFA İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirildi. İclasda yeni baş məşqçi təyinatı reallaşdı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

Milli komandamızın yeni baş məşqçisi Fernandu Santuş haqda danışan assosiasiya rəsmisi portuqaliyalının geniş təqdimata ehtiyacı olmadığını bildirib:

“Ümumi olaraq, Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur. Çünki dünyaca tanınmış məşqçidir.

Müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisində layihəni həyata keçirərək, 2014-cü ildə komandanı DÇ-yə çıxarıb.

Portuqaliya millisi ilə birgə isə Avropa çempionu olub. Təyinat zamanı bir sıra məqamları nəzərə aldıq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!