COP29

"Mən buna diqqət yetirən deyiləm" - Yığmamızın yeni baş məşqçisi

16 İyun 02:30 Milli komanda 2 544
"Mən buna diqqət yetirən deyiləm" - Yığmamızın yeni baş məşqçisi

«Əsas məqsəd qələbə qazanmaqdır, bunun üçün yaxşı oynamaq lazımdır».

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis «Sizdən qabaqkı millinin baş məşqçiləri daha çox müdafiəmeyilli futbol oynaydıblar. Bəs sizin rəhbərliyiniz altında necə olacaq» sualına cavabında bunları söyləyib:

«Həm hücum etmək, həm müdafiə olunmağı bacarmaq lazımdır. Millinin son iki oyunun izləmək fürsəti əldə etdim.

Azərbaycana qarşı da oynamışıq, Bakıda da olmuşam. Azərbaycan millisini tanıyıram.

Bir çox insanlar statistik göstəricilərə çox önəm verirlər. Amma mən buna diqqət yetirən deyiləm.

Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Qələbə qazanmaqla yanaşı, cəlbedici futbol göstərmək istəyirəm».

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?